Zaqatala daha böyük tədbirlərə ev sahibliyi edəcək”

                                              

Mədəniyyət Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı PaytaxtlarıProqramına əsasən, 2013-cü il üçün ZaqatalaAzərbaycanın folklor paytaxtıelan olunub. Şübhəsiz ki, paytaxt nominasiyası proqramı Zaqatalada folklor nümunələrinin üzə çıxarılmasında, qorunmasında, gələcək nəsillərə ötürülməsində, geniş miqyasda təbliğ olunmasında daha mühüm rol oynayacaq. Avqust ayında keçirilməsi nəzərdə tutulan bu tədbirlə bağlı bizi maraqlandıran bu ya digər sualları cavablandırmaq məqsədilə Zaqatala Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyevaya müraciət etdik.

- Zümrüd xanım,  Zaqatala 2013-cü il üçünAzərbaycanın folklor paytaxtıelan edilib. Bu istiqamətdə hansı tədbirlərin keçirilməsi planlaşdırılıb?

- Bəri başdan deyim ki, Zaqatala Azərbaycanın ən ecazkar guşələrindən biridir. Son illər burada həyata keçirilən çoxsaylı layihələr onun hər bir guşəsinin inkişaf etməsinə, gözəlliyinin  on qat artmasına səbəb olub. Bu torpağın hər qarışı gözəldir, zəngindir, insanları qədirbilən zəhmətkeş təəssübkeşdir. Müxtəlif naxışlı xalılar, rəngarəng çiçəkli çəmənlər qədər cəlbedici zəngin folkloru, milli-mənəvi dəyərləri var bu diyarın. Məhz bu qiymətli sərvətləri üzə çıxarmaq, folklorumuzu daha geniş araşdırıb tədqiq təbliğ etmək məqsədilə 53 maddədən ibarət tədbirlər planı hazırlanıb ki, o da mədəniyyət turizm naziri Əbülfəs Qarayev tərəfindən təsdiq edilib.

- Zaqatalada bir çox azsaylı xalqların nümayəndələri yaşayırlar. Şübhəsiz ki, onlar keçiriləcək silsilə tədbirlərdə iştirak edəcəklər. Bu isə bir daha ölkəmizdəki tolerantlığın dünyaya nümayişi olacaq. Eşitdiyimizə görə, Zaqatalada beynəlxalq folklor festivalı da keçiriləcək. Festivalda hansı ölkələrin iştirakı gözlənilir?

- Zaqatalanın 2013-cü ildə AzərbaycanınFolklor paytaxtıelan olunması təsadüfi deyil. Bölgə bir çox millətin nümayəndələrinin mehriban yaşadığı, tolerantlığı ilə seçilən, zəngin maraqlı folkloru olan bir məkandır. Qədim alban tayfalarının, müxtəlif millətlərin nümayəndələrinin qovuşuq mədəniyyət nümunələrinin hamısında dağlarımızın vüqarı, bağlarımızın bərəkəti, insanlarımızın sədaqəti tərənnüm olunur. Bir-birindən fərqli gözəl musiqilər, oynaq, ritmik rəqslər, təkrarsız adət-ənənələr xalqların milli varlığının təsdiqidir.  Bizi fərqləndirən onların yaratdığı ortaq mədəniyyət nümunələridir. Azsaylı Xalqların Festivalında Respublika baxış müsabiqələrində, Beynəlxalq Turizm sərgisində dəfələrlə iştirak edən Maqov mədəniyyət evi nəzdində yaradılmışHudulkixalq kollektivi, Əli Bayramlı Mədəniyyət EvininLilayrəqs qrupu, Suvagil Mədəniyyət EvininCeyranımxalq kollektivi, Danaçı kəndində yaradılmışAlazan”, Yengiyan kəndindədəkiArzukollektivi digər bədii özfəaliyyət qrupları milli-mənəvi dəyərlərin qorunmasına daha çox xidmət göstərirlər.

Zaqatalada  keçiriləcək  festivallarda qonşu rayonların, eyni zamanda qonşu dövlətlərin (Gürcüstan, Rusiya, Türkiyə s.) kollektivlərinin iştirakı da nəzərdə tutulub. Yeri gəlmişkən, bu günlərdə Mədəniyyət Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı şəhərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş İkinci Beynəlxalq Folklor Festivalıda iştirak etmişik. (Onu da deyim ki, keçən il Azərbaycanın Folklor Paytaxtı seçilən Masallı rayonu keçirdiyi çoxsaylı tədbirləri, beynəlxalq tədbirlərdə iştirakı ilə nümunə göstərdi). İyun ayının sonunda isə Belarusda keçiriləcəkDostluq çələngiadlanan festivalda iştirak etmək üçünHudulki  Sədəfkollektivinin üzvləri, tambur musiqi alətinin ifaçıları hazırlaşırlar. Kollektivin üzvləri bu məsuliyyəti hiss edir, respublikanı layiqincə təmsil etmək üçün çalışırlar.

Zaqatala turızm mərkəzınə çevrıləcək.”

- “Xalq Yaradıcılığı PaytaxtlarıProqramı  paytaxtseçilmiş şəhərlərin turizm potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada, Zaqatalanın mövcud turizm potensialını necə dəyərləndirərdiniz?

- Turizm dünya iqtisadiyyatında diqqəti cəlb edən, gəlirli sahələrdən biridir. Son illər ölkəmizdə turizmin inkişafında ciddi adımlar atılıb, turizm marşrutları müəyyən olunub. Dünyanın 35, Azərbaycanın 22 rayonunun qatıldığı Azərbaycan Beynəlxalq Turizm Səyahətlər (AİTF-2013) sərgisi respublikamızda 12-ci dəfə keçirildi. Sərgidə rayonumuzun milli mətbəxi, sənətkarlıq nümunələri, folkloru, turizm müəssisələrinin reklam materialları nümayiş etdirildi. Sərgi bütövlükdə respublikamızın, o cümlədən ölkəmizin şimal-qərb qapısının - Zaqatalanın bu sahədəki uğurla inkişafını bir daha nümayiş etdirdi. Yeri gəlmişkən, Zaqatalanı görənlər, gəzənlər onu dünyanın ən gözəl turizm ölkələri ilə müqayisə edirlər. Dövlət rəhbərinin bu bölgənin inkişafına göstərdiyi böyük diqqət qayğısı ilə tezliklə Zaqatala ən gözəl turizm mərkəzlərindən birinə çevriləcək.

- Folklorumuzda qızılgüllə bağlı nümunələr çoxdur. Zaqatala da qızılgüllər diyarı kimi tanınıb. Bu mənada qızılgüllər bu tədbirə hansı çalarlar əlavə edəcək?

- Qızılgül öz ətri, rayihəsi ilə güllərin şahıdır. Zaqatala respublikada yeganə rayondur ki, burada xüsusi gül plantasiyaları, sahələri var. Hələ sovet dövründə burada istehsal olunan gül yağı digər məhsullar xaricə ixrac olunub. Məhəbbət nişanəsi, ürəklərin dərmanı qızılgül Mədəniyyət Turizm şöbəsinin loqosunda ön planda duracaq, tədbirdə iştirak edən qonaqlara qızılgül mürəbbəsi təklif olunacaq.

paytaxt  adini doğrulTmağa

çalişacağiq

- Ötən ilin mayın 7-də sonrakı günlərdə baş vermiş zəlzələlər nəticəsində dağılan evlərlə, sosial obyektlərlə yanaşı, mədəniyyət müəssisələri  zərər çəkib. Bu kimi amillər Zaqatalanı folklor paytaxtı kimi tanıtmaqda müəyyən çətinliklər yarada bilərmi?

- Zəlzələ təbii fəlakətin ən ağırıdır. Minillərin, əsirlərin qurduğunu bir anda məhv edir. 7 mayda sonrakı  dövrlərdə baş verən zəlzələlər binalarımızı, müəssisələrimizi dağıtdı, sarsıtdı. Sosial obyeklər, yaşayış binaları, evlər eləcə yüzlərlə mədəniyyət müəssisəsinə ziyan dəydi. İnsanların ən çətin, ağır günündə ölkə başçısının verdiyi qərarlar, dediyi sözlər, onların qırılmış ümidlərini həyata qaytardı. Daha gözəl evlər, sosial obyektlər, təhsil ocaqları tikilməyə başladı. Bu gün Zaqatalanın bir çox kəndləri sanki yenidən qurulur. qəzalı vəziyyətə düşən mədəniyyət müəssisələrinin  kəndlərdə müvəqqəti olaraq başqa yerlərdə yerləşdirilməsinə qərar verilib. Kəndin, rayonun mədəni-kütləvi tədbirlərin keçirilməsinə, folklorumuzun, milli-mənəvi dəyərlərimizin təbliğinə daha diqqətlə yanaşırlar. Zaqatala təkcə 2013-cü ildə yox, elə həmişə folklor, mədəniyyət paytaxtı kimi özünü doğrultmağa çalışacaq. Yenidənqurulma prosesi başa çatdıqdan sonra çox böyük tədbirlərə ev sahibliyi edəcək.

 - “Xalq Yaradıcılığı Paytaxtlarıproqramı çərçivəsində 2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci ildə Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə isə Masallı, Quba, Gədəbəy folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan edilib. Zaqatalada keçiriləcək bu tədbir indiyədək keçirilmiş bu kimi tədbirlərdən hansı parametlərinə görə fərqlənəcək?

- Azərbaycanın hər bölgəsi gözəldir bu gün bütövlükdə inkişaf edir. Adları qeyd olunan rayonlar dapaytaxtadını doğrultmağa,  folklorunu, sənətkarlarını, əfsanələrini , bir sözlə, milli-mənəvi dəyərlərini təbliğ etməyə səy göstərib buna nail olublar. Zaqatalada keçirilən tədbirlər bu diyarın insanlarının tolerantlığını, müasir dünyagörüşünü, zəngin folklorunu, qonaqpərvərliyini bir daha təsdiq edəcək. Turizm potensialının təbliğinə və inkişafına təkan  verəcək.

- Yeri gəlmişkən, 2013-cü il üçün Xaçmaz Azərbaycanın əfsanələr, Göygöl isə sənətkarlıq paytaxtı seçilib. “Azərbaycanın folklor paytaxtı”nın onlarla əməkdaşlığı hansı səviyyədədir?

- Deyirlər, “Göygölü, Xaçmazı görməmisənsə, demə ki, görmüşəm Azərbaycanı”. Azərbaycanın bu üç cənnətməkanının eyni vaxtda paytaxt seçilməsi çox şərəfli və məsuliyyətlidir. Fikirləşirik ki, bu rayonlara turist səfərləri, gəzintilər təşkil etmək, qarşılıqlı tədbirlərdə iştirak etmək həm mədəniyyət işçiləri, həm ictimaiyyət üçün maraqlı olardı.

 

İLKİN ƏMİROV,

 

QVAMİ MƏHƏBBƏTOĞLU

 

Zaman.-2013.-19 iyun.-S.7.